Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Prezidentin sözçüsü Navalnıdan danışdı

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında müxalifət lideri Aleksey Navalnıdan danışıb.

Yenixeber.org-un məlumatına görə, Peskov bildirib ki, Rusiya hakimiyyəti cəzasını çəkən müxalifət liderinin həbsinə nəzarət etmək niyyətində deyil.

“Məhbusların taleyini və onların müvafiq müəssisələrdə faktiki qalma prosesini izləmək niyyətində deyilik”, - o, jurnalistlərə sualı cavablandırarkən deyib.

Vaşinqtonun Navalnının taleyi ilə bağlı narahatlıq ifadə etməsinə münasibət bildirən Peskov bildirib ki, o,  qanunla təqsirli bilinib və istənilən müdaxilə qəbuledilməzdir.

"Burada söhbət qanunla təqsirli bilinən və cəzasını çəkən məhbusların birindən gedir. Biz burada hər kəsin, o cümlədən Amerika Birləşmiş Ştatlarının hər hansı müdaxiləsini qəbuledilməz və qeyri-mümkün hesab edirik", - deyə Peskov vurğulayıb.

Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Navalnının taleyi ilə bağlı Vaşinqtonun narahatlığını ifadə etmişdi. Bildirmişdi ki, Navalnıdan hər hansı xəbərin olmamaması ABŞ-ı narahat edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam