Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Fəzail Ağamalının oğlunun ölkədən çıxışına “stop” qoyulması tələb edilir

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı növbəti dəfə məhkəməlik olub.

Yenixeber.org-un məlumata görə, onun barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb.

Millət vəkilinin oğlu bir müddətdir vergi borcunu ödəmədiyi üçün adıçəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edib. 

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, Elçin Ağamalı biznesmendir. O, daha öncə rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün məhkəməlik olmuşdu. Bundan başqa, deputat oğlu “Altus” MMC-nin sahibi kimi də tanınır. Onu da əlavə edək ki, E.Ağamalı atasının sədri olduğu Ana Vətən Partiyasında müavindir.(“Qafqazinfo”)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam