Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Meksika mətbuatında Ermənistan tərəfinin qərəzli iddiaları ifşa olunub

 

Meksikanın aparıcı KİV-indən olan “El Economista” qəzetində səfir Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan Ermənistanla sülh istəyir” başlıqlı məqalə dərc olunub. Məqalə adıkeçən nəşrdə daha öncə yayımlanmış Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasına cavab olaraq qələmə alınıb.

Yenixeber.org: Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Müsahibə zamanı ünvanlanana suallara cavab olaraq səfir münaqişə tarixi barədə məlumat verib, Azərbaycan ərazisinin iyirmi faizinin 30 il boyunca erməni işğalına məruz qaldığı, nəticədə minlərlə insanın məcburi köçkünə çevrildiyi, həmin ərazilərin minalandığı və Azərbaycanın tarixi-mədəni irsinin məhv edildiyi qeyd olunub.

Müsahibədə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdiyi, lakin buna baxmayaraq Ermənistanın BMT-nin 4 qətnaməsinin tələblərinə məhəl qoymayaraq həmin əraziləri tərk etmədiyi, müxtəlif təxribat xarakterli terror aktları törətdiyi, müharibə bitdikdən sonra belə həmin əraziləri minalamaya davam etdiyi qeyd olunur. Məhz bu səbəbdən cari ilin sentyabr ayında Azərbaycan tərəfindən Qarabağ regionunda lokal antiterror tədbirlərinin həyata keçirildiyi və Ermənistanın bütün qanunsuz hərbi infrastrukturunun məhv edildiyi, bununla belə Ermənistan tərəfinin iddialarının əksinə olaraq, BMT-nin iki missiyasının hesabatına əsasən həmin ərazilərdə yaşayan ermənilərə qarşı etnik təmizləmənin aparılmadığı və hər hansı zorakılığın tətbiq edilmədiyi vurğulanır. Qarabağın erməni sakinlərinin Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiyasının həyata keçirildiyi və bu prosesə qoşulmaları məqsədilə elektron portalın yaradıldığı barədə məlumat verilir.

Müsahibədə işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə xarici şirkətlər üçün yaradılmış imkanlar barədə məlumat verilir. Həmçinin Azərbaycanın iki ölkə arasında sülh sazişinin imzalanmasının, regional nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərin delimitasiyası və demarkasiyasının tərəfdarı olduğu qeyd olunur.("Report")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam