Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya beynəlxalq müşahidəçiləri seçkini izləməyə -ÇAĞIRACAQ

Rusiya 2024-cü il martın 17-də keçiriləcək prezident seçkilərini xarici müşahidəçilərin izləməsində maraqlıdır. İndi Federasiya Şurası və Dövlət Duması birlikdə dost təşkilatlardan beynəlxalq müşahidəçilərin göndərilməsi üçün dəvətlər hazırlayır ki, onlar Rusiyaya gəlib seçkilərdə iştirak etsinlər.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.
 
"Müşahidə aparmaq istəyən, təmiz niyyətlə gələn hər kəsə icazə verəcəyik. Müşahidəçi mandatından istifadə edərək Rusiyaya gəlib başqa işlərlə məşğul olmaq istəyənlər - daxili vəziyyətimizi zəiflətməklə və ya bir növ qanunsuz hərəkətlərlə olacaqlarsa, uğur qazana bilməyəcəklər", - deyə Matvienko vurğulayıb.

O əmindir ki, prezident seçkiləri üçün çoxlu xarici müşahidəçilər Rusiyaya gələcək.

“Rusiyaya maraq böyükdür. Rusiya hələ də aparıcı, nüfuzlu ölkə hesab olunur. Əksər ölkələr güclü Rusiyanın dünyadakı vəziyyətə ciddi şəkildə təsir göstərməyə davam edəcəyini anlayaraq “seçkilərin müsbət nəticələrində maraqlıdırlar”, - Matvienko vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam