Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Boreldən XƏBƏRDARLIQ: “Putin Ukraynanın bir hissəsi ilə kifayətlənməyəcək”

 

“Rusiya imperiya siyasi kimliyinə malikdir, ona görə də həmişə Avropa xalqları üçün təhlükə olaraq qalacaq”.

Yenixeber.org xəbər verir ki, bunu “The Guardian” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel deyib.

Onun sözlərinə görə, Rusiya başlatdığı müharibə ilə Avropa İttifaqının mövcudluğunu təhlükə altına qoyub.

“Bəlkə də elə məqamdır ki, demokratiyamızı təhdid edən, təkcə Ukraynanı deyil, Avropanın özünü də təhdid edən böyük dövlətin yaratdığı təhlükəyə baxmaq lazımdır. Əgər kursu tez dəyişməsək, hamını səfərbər etməsək, Putin Ukraynadakı müharibədə qalib gələcək”, - deyə Cozep Borel qeyd edib.

Onun sözlərinə görə, Putin Ukraynanın bir hissəsi ilə kifayətlənməyəcək.

“Qərb uzun müddət ərzində yüksək intensivli münaqişəyə hazırlaşmalıdır”, - deyə avropalı diplomat bildirib.

“Rusiya heç vaxt milli dövlət ola bilməz. O, həmişə çar, sovetlər dövründə, indi də Putinlə imperiya olub. Bu, Rusiyanın və onun siyasi kimliyinin dəyişməzliyidir, nəticədə qonşuları üçün təhlükədir - xüsusən də bizə”, - deyə Cozep Borel qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam