Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qanunsuz ov edən şəxsdə narkotik aşkarlandı- FOTO

 

Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan Neftçala rayon sakinindən narkotik aşkarlanıb.

Bu barədə Yenixeber.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Ərəbqardaşbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini M.Həsənovu saxlayıb. Ondan 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Turac quşu və çöl dovşanı götürülüb.

Şəxsi axtarış zamanı M.Həsənovdan marixuana da aşkar olunub.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam