Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İran və Azərbaycan arasında yeni Astara terminalının tikintisi üçün büdcə ayrılacaq

 

İran və Azərbaycan arasında yeni Astara terminalının tikintisi üçün büdcə ayrılacaq.

Yenixeber.org xəbər verir ki, İranın Avtomobil Nəqliyyatı Təşkilatının sədri Daryuş Əmani bu gün Gilan əyalətinin başçısı Əsədullah Abbasinin də iştirak etdiyi Astara sərhədində tikinti layihələrinin gedişi ilə tanış olarkən, bu terminalın tikintisi üçün vəsaitin gələn ilin büdcəsində müəyyən ediləcəyini açıqlayıb. 

Məlumata görə, İran-Azərbaycan sərhədində yük avtomobillərinin hərəkətinin ikiqat artmasına toxunan Gilan valisi deyib: 
“Bu səfərdə Astara selindən sonra binalara dəyən ziyan, yük maşınlarının sərhəd məntəqəsinə giriş-çıxışının təşkili, yük maşınlarının hərəkəti nəticəsində yaranan sıxlığın aradan qaldırılması kimi əsas məsələlərə baxılıb. 
Terminalın tikintisi İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın iştirakı və Azərbaycan ilə müqavilənin bağlanması əsasında başlayıb. Ümid edirik ki, işlər daha da sürətlənəcək”, -o, əlavə edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam