Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Yol polisindən bayramla əlaqədar -MÜRACİƏT

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma ilə bağlı​ müraciət edib.

Yenixeber.org: Müraciətdə deyilir:

​"Bayram günləri ərəfəsində paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində nəzərəçarpacaq artım müşahidə edilir. Lakin bir sıra hallarda bu sahədə müəyyən olunmuş qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdərəsi şəhərlərarası (rayonlararası) müntəzəm marşurutlar üzrə sərnişinlərin təhlükəsiz daşınması məqsədilə bir daha bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirilməsini, uzaq məsafələrə nəzərdə tutulan marşurutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasını, sürücülərin reysqabağı tibbi müayinəsinin aparılmasına və avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir. 

Sərnişinlərdən isə öz təhlükəsizliklərinə biganə qalmamaq, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərindən istifadə etməmək xahiş olunur.

Xatırladırıq ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onların da reysqabağı tibbi müayinədən keçirilməsi mümkünsüz olur". ​


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam