Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

“Keşikçidağ”dan YENİ XƏBƏR:irəliləyiş əldə olunub

Tarix İnstitutu “Keşikçidağ” məbədi ilə bağlı bəyanat yayıb

   Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” məsələsi ilə bağlı müsbət irəliləyiş əldə olunub.

Yenixeber.org: Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında deyib.

O, bu məsələnin mütləq strateji tərəfdaşlıq və dostluğa uyğun şəkildə həll ediləcəyini vurğulayıb.

Zurab Pataradze qeyd edib ki, iki ölkənin sərhəd komissiyaları məsələ üzərində işləyirlər və komissiyanın sessiyası pandemiyadan əvvəl keçirilib.

“Bu, mütləq davam edəcək. Mən sizi əmin edirəm ki, bu məsələ iki dost və strateji tərəfdaş ölkəyə yaraşan bir şəkildə həllini tapacaq. Müsbət bir məqam var ki, indi bu barədə danışa bilmərəm. David Qareci (Keşikçidağ-red.) məsələsi mütləq strateji tərəfdaşlara və dostlara uyğun şəkildə həll olunacaq. Gəlin hadisələri qabaqlamayaq”, - diplomat deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam