Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Qeyrəti, namusu olan başqasının əxlaqını müzakirə etməz" -Nura Suri

"Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunuzu soxmaqdan nə zaman əl çəkəcəksiniz? Niyə öz uşaqlıq travmalarınız və komplekslərinizlə məşğul olub özünüzü sağaltmaq istəmirsiniz? Niyə roldan rola girməkdən bezmirsiniz? Daxilən başqa, adam içində başqasınız".

Yenixeber.org xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

"Niyə qeyrət və namus adı altında insanlara şər-böhtan atmaqdan çəkinmirsiniz? Qeyrəti, namusu olan başqasının əxlaqını, həyatını müzakirə etməz. Niyə hər mövzuda müğənnilərə söz deməkdən utanmırsınız? Sizdən varlı, yüksək vəzifəli görəndə niyə yaltaqlıq edirsiniz? Özünüzü niyə aldadırsınız? Niyə düşünürsünüz ki, etdiyiniz pislikləri heç kəs bilmir, görmür? Niyə insanlara xoş söz deməyə diliniz gəlmir? Niyə paxıllığı içinizdə bəsləyib böyüdürsünüz? Niyə uğurunuzu uğurlu insanların ətrafında olmaqda görürsünüz? Elə indi bu sualların cavabın düşünüb özünüzü dəyişin".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam