Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər-FOTOLAR

 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyasında fəal iştirak ediblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan  regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə  Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə "Talassemiyadan əziyyət çəkən və qana ehtiyacı olan digər xəstələr üçün təşkil olunmuş qanvermə aksiyası" keçirilib. Gerçəkləşən humanist aksiyada Salyan Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiblər, daha sonra isə qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyada iştirak etməyi özlərinə vətəndaşlıq borcu, xəstə soydaşlarımızla həmrəylik nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, yığılmış qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam