Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İşğaldan azad edilən ərazilərdə kim səs verə bilər?

 

İşğaldan azad olunmuş ərazilər hələ də tam olaraq minalardan təmizlənməyib. Aidiyyəti qurumlar gecə-gündüz bu əraziləri minalaradan təmizləmək üçün çalışır. Buna görə də burada çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Hər bir halda əgər seçki keçirilirsə, demək ki, ora müşahidəçilər və jurnalistlər də gedə biləcəklər.

Bu sözləri Yenixeber.org-a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli deyib.

Ş.Əsədli bildirib ki, Azərbaycanda 6319 seçki məntəqəsindən 26-sı işğaldan azad olunan ərazilərimizdədir:

“İşğaldan azad olunmuş ərazilərə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Bu ərazilərdə hər kəs səs verə bilər və heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün səsvermə hüququ olan şəxs qeydiyyatda olduğu (14 yanvardan 4 fevraladək) Məntəqə Seçki Komissiyasına (MnSK) müraciət edərək qeydiyyatdançıxma vəsiqəsi almalıdır. Və bu vəsiqə ilə həmin şəxs nəinki Bakı, Şəki, Gəncə, Şuşa, Ağdam, Xankəndidə, 37 xarici ölkədəki 49 məntəqəmizdə də səs verə bilər”, - Ş.Əsədli vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam