Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Namizədlər üçün əlavə qapalı görüş yerləri ayrıldı

Artıq ödənişli efir vaxtına qoşulma istəyən 44 media qurumu Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Yenixeber.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Rövzət Qasımov bildirib ki, namizədlərin müraciəti əsasında qapalı görüş yerlərinin sayı da artıb.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, hava şəraiti kəskin olduğuna görə namizədlər qapalı görüş yerləri ilə əlaqədar MSK-ya müraciət edib: "Onların bu müraciətinin məntiqi aydındır. Amma gərək hava şəraitini əvvəldən nəzərə alardılar. Yay olsaydı, əlbəttə, hamısı açıq havada seçicilərlə görüşmək istəyərdi. Bizim yanaşmamız odur ki, hansı namizəd qapalı yer təklif edərsə, biz ona etiraz etməyəcəyik”.

MSK sədrinin müavini Rövzət Qasımov isə diqqətə çatdırıb ki, müvafiq qurumlar bununla bağlı dəstək göstərib, əlavə qapalı yerlər ayırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam