Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bakının uğurları Qərbdə bəzilərini qıcıqlandırır

 

Azərbaycanın uğurları Avropa Birliyini (AB) və xüsusən də onun aparıcı üzvlərindən olan Fransanı qıcıqlandırır.

Yenixeber.org xəbər verir ki, bunuaçıqlamasında rusiyalı siyasi ekspert Yevgeni Mixaylov AB, ona üzv olan ölkələr və bəzi digər Qərb ölkələrinin rəsmilərinin Azərbaycanı tənqid edən bəyanatlarına münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, bu mənfi məqam həm də bu ölkələrdə siyasətçilərin erməni lobbisinin təsirinə düşməsi ilə bağlı ola bilər:

“Azərbaycan məhkəmə sisteminə ünvanlanan qeyri-müəyyən şərhlər əslində Ermənistan tərəfinin Azərbaycanı “Qarabağ ermənilərinin qanunsuz mühakimələrində” ittiham edən bəyanatları ilə üst-üstə düşür”.

O əlavə edib ki, söhbət separatçı rejimin rəhbərlərindən və Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərdən gedir.

Politoloq xatırladıb ki, Moskva siyasi arenada Bakıya dəstəyini ifadə etməyə hər zaman hazırdır:

“Rusiya Cənubi Qafqazda baş verən hadisələri görür. Moskva və Bakı tərəfdaşdır, prezidentlərimiz arasında çox yaxşı münasibətlər var. Bu, təbii ki, ölkələrimiz arasında mədəni və iqtisadi əlaqələrin gələcək inkişafına ciddi təsir göstərir”.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam