Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu il Cəbrayılın Horovlu kəndinə -1395 nəfər KÖÇÜRÜLƏCƏK

 

Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur.

Yenixeber.org-un xəbərinə görə, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva deyib.

O bildirib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa tikinti işləri başlayıb:

"İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub, lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa olunur, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər yaxın aylarda tamamlanacaq".

O bildirib ki, "Böyük Qayıdış" Dövlət Proqramının birinci mərhələdə təxminən 2024-cü ilin sonunadək bu kənddə əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək:

"Növbəti illər üçün kənd əhalisinin sayı təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam