Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ABŞ-dan Türkiyəyə F-16 satışı : 23 milyardlıq...

 

Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi fonunda F-16 qırıcılarının Türkiyəyə satışına icazə veriləcək.

Yenixeber.org xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib.

“Türkiyənin F-16 təyyarələrinin alınması ilə bağlı müraciətini təsdiqləməm İsveçin NATO-ya daxil olmasını təsdiqlənməsi ilə bağlı idi”, - Kardin vurğulayıb.

Eyni zamanda, Nümayəndələr Palatasının komitədəki üzvü, demokrat Qriqori Miks də F-16 qırıcılarının Türkiyəyə satışına qarşı çıxmayacağını bildirib.

O öz növbəsində Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayıb:

“Türkiyənin Egey dənizində gərginliyi azaltmaq üçün atdığı addımlar məni ruhlandırıb”.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq F-16 qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam