Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyada olan Azərbaycan vətəndaşlarının səs verəcəkləri məntəqələr açıqlanıb -SİYAHI

 

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş konsulluqlarda seçki məntəqələri açılacaq.

Yenixeber.org-un məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

Seçki məntəqələrinin ünvanları:

Moskva şəhəri, Voznesenski prospekti, 15;

Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;

Yekaterinburq şəhəri, Karl Leybnits küçəsi, 5;

Məlumat üçün bildirək ki, səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkisi dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənardaqalma bülletenləri gətirmələri xahiş olunur.(Secki-2024)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam