Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Korona yenə can alır : səbəb nədir? - Həkim

 

Bəzən deyirlər ki, xəstəliyə yoluxanların və ölüm hallarının çox olduğu üçün koronavirus pandemiyasının yeni dalğası başlayıb. Lakin bu, qətiyyən belə deyil. Bu, omikron ştammının yeni mutasiya varintıdır.

Bu sözləri Yenixeber.org-a tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla son bir ayda koronavirusdan 21 nəfərin ölməsi haqda rəsmi məlumatı şərh edərkən deyib.

O əlavə edib ki, bu infeksiyaya ABŞ-da, Avropa və digər ölkələrdə yoluxma çox olsa da, kütləvi ölüm halı qeydə alınmayıb:

“Ölüm hallarının qarşısını almaq üçün insanlar diqqətli olmalıdır. Təəssüflər olsun ki, bəzi insanlar bu məsələdə səhlənkarlığa yol verir, xəstəxanaya ən ağır vəziyyətdə müraciət edir. Ağırlaşmış xəstələr arasında isə ölüm halları çox olur. Bu xəstəliyə yoluxma hələ də olsa da, vaxtında müraciət edilərsə, ölüm halları kəskin azalar”, - A.Qeybulla bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib ki, son bir ayda 325 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 21 nəfər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam