Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu dövlət Ukraynaya ilk zirehli transportyor partiyasını göndərdi -FOTO

Bolqarıstan Ukraynaya ilk zirehli transportyorları göndəribBolqarıstan parlamentinin qərarına əsasən Ukraynaya hədiyyə edilən zirehli transportyorların ilk partiyası bu ölkəyə göndərilib.

Yenixeber.org: Bu barədə BGNES agentliyi Bolqarıstanın müdafiə naziri Todor Taqarevin zirehli texnikanın qoşqulara yüklənməsi zamanı çəkdiyi fotoşəkilləri dərc edərək məlumat yayıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında parlamentdəki hakim çoxluq prezidentin texnikanın tədarükü ilə bağlı vetosunu rədd etmişdi. Bununla da Ukrayna tərəfi Bolqarıstan Daxili İşlər Nazirliyinin istifadə etmədiyi mövcud silahlarla zirehli nəqliyyat avadanlığı ilə təmin ediləcək. Burada söhbət cəmi 100-ə yaxın zirehli transportyordan, eləcə də ehtiyat hissələrindən gedir. Təchizatın dəqiq nomenklaturası gizli saxlanılır.

Mütəxəssislərin hesablamalarına görə, texnikanın daşınması üzrə əməliyyat təxminən iki ay çəkə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam