Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Amerikalı əsgərlər Rza Zərrabı axtarır

 

ABŞ-də həbs edilən və etirafçı olduqdan sonra sərbəst buraxılan cənubi azərbaycanlı iş adamı Rza Zərrab yenidən ABŞ mətbuatının gündəminə çevrilib. 

Yenixeber.org xəbər verir ki, Amerika əsgərləri və ailələri Suriya və Əfqanıstandakı hücumlar zamanı itki verdiklərini əsas gətirərək "Halkbank"a və Zərraba qarşı təzminat davası açıblar. Ümumilikdə 151 nəfər məhkəməyə müraciət edib. 

İddianamədə Zərrab və "Halkbank"ın terrorçuların hücumlarına yardım etmək və hücumlarla bağlı sui-qəsddə iştiraka görə məsuliyyət daşımaları tələb edilib.

Lakin iddiaçıların vəkilləri  Zərrabın yaşadığı yeri müəyyən edə bilmədiklərini, qaldığı evi satdığı üçün onunla əlaqə yarada bilmədiklərini deyiblər. Üstəlik, vəkillər

Zərrabın müxtəlif ləqəblərdən istifadə edərək şəxsiyyətini gizlədiyini bildiriblər. Zərrabın yerini müəyyən etmək üçün detektivlər tutulması da bir nəticə verməyib. 

Qeyd edək ki, Rza Zərrab türkiyəli müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam