Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Tərtərdə minaya düşən gəncin vəziyyəti açıqlandı

 

Tərtər rayonunda minaya düşən Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadənin vəziyyəti açıqlanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, iki gün əvvəl minaya düşmə səbəbi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 2001-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

Qeyd edək ki, H. Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasını bitirib. 90 baldan yuxarı fərqlənmə diplomu ilə məzun olan gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam