Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Məzahir Pənahov xarici ölkələrin MSK nümayəndələri ilə görüşdü

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Rusiya, Serbiya, Qırğızıstan, Belarus və Bolqarıstan Mərkəzi Seçki komissiyalarının nümayəndələri ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, MSK-nın sədri qonaqları seçki prosesi barədə məlumatlandırıb.

Bildirilib ki, ilk dəfədir seçkilər bütöv Azərbaycan ərazisində keçirilir. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığı diqqətə çatdırılıb.

M.Pənahov qeyd edib ki, seçkilərlə əlaqədar ümumilikdə 6537 məntəqə yaradılıb.

MSK rəhbəri, həmçinin seçkilərdə 7 namizədin iştirak etdiyini, onlardan 5-nin siyasi partiya təmsilçisi olduğunu xatırladıb. Deyib ki, seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçi qeydə alınıb.

Nümayəndə heyətinin üzvləri öz növbələrində seçki prosesini izləməyə dəvətə görə təşəkkürlərini bildiriblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam