Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İlham Əliyev Ərdoğanla görüşəcək —Sənədlər imzalanacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir. Dövlət başçısı dünən axşam saatlarında birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ankaraya gedib.
Yenixeber.org: Türkiyə Prezident Administrasiyası səfərin gündəliyi barədə məlumat yayıb.
Bildirilir ki, İlham Əliyev bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılayacaq.
Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüş olacaq. Prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Rəcəb Tayyib Ərdoğan İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Daha sonra dövlət başçılarının iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanacaq.
Liderlərin birgə mətbuat konfransı keçirəcəyi bildirilir. Səfərin sonunda Türkiyə Prezidenti azərbaycanlı həmkarının şərəfinə rəsmi şam yeməyi verəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam