Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kreml Navalnının yasından qorxur : nəşi verməyəcək

Kreml Navalnının cəsədini prezident seçkisinin sonuna qədər ailəyə verməyəcək, ya da heç vaxt verməyəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə “Moskva Tayms” Rusiyanın Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.

“Kreml indi Navalnı üçün yas mərasimini “söndürməyə” çalışır. Çünki o, Putinin martda keçiriləcək seçkidə yenidən prezident seçilməsini məhv edə bilər. Buna görə də hakimiyyət müxalifətçinin açıq yas mərasimindən qorxur. Bu, bizə lazım deyil, çünki bu, boss (Putin - red.) üçün problem olacaq. Hakimiyyət hətta Navalnının cəsədini heç vaxt təhvil verməmək kimi görünməmiş variantı nəzərdən keçirir. Meyitin gizlədilməsi üçün bəhanə kimi Kreml “terrorçuluq”da təqsirli bilinən şəxsin cəsədinə öz mülahizəsinə görə sərəncam vermək hüququna malik olduğunu göstərə bilər. Eyni zamanda, onlar cəsədi dəfn zamanı təhlükəli xəstəliklərin yayılması baxımından təhvil verməyə bilərlər”, - mənbə bildirib.

Qeyd olunur ki, İstintaq Komitəsi Navalnının ölümü ilə bağlı araşdırmaya başlayıb və bu, ona meyiti 30 gün ərzində (seçkinin bitməsinə az qalmış) təhvil verməməyə imkan verir. Yaxın iki həftə ərzində siyasətçinin cəsədi bir növ kimyəvi müayinədən keçəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam