Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Tramp prezident seçilsə şahzadə Harrini ABŞ-dan qovacaq

 

Birləşmiş Ştatlarda Respublikaçılar partiyasından prezidentliyə namizəd, sabiq Prezident Donald Tramp Britaniya şahzadəsi Harrini ABŞ-dan qovacağı ilə hədələyib.

Yenixeber.org xəbər verir ki, Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-da yaşayan şahzadə Harrinin narkotik maddələrdən istifadəsinə imkan verməyəcəyini, onun müvəqqəti yaşayış hüququnu əlindən alacağını bildirib.

ABŞ mediası Kral ailəsindən ayrılaraq xanımı Meqan və iki övladı ilə Birləşmiş Ştatlarda yaşayan şahzadənin viza müraciəti zamanı narkotik maddələrdən istifadə etməsi ilə bağlı yalan söylədiyini iddia edir. Harri bundan əvvəl özünün “Spare” adlı kitabında ABŞ qanunlarına görə viza müraciətinin rədd edilməsinə səbəb ola biləcək narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdi.

“GB News” telekanalına müsahibə verən Tramp bildirib ki, bu məsələdə heç kimə güzəşt etməyəcək. O, daha əvvəl də bəyan etmişdi ki, mərhum Kraliça II Elizabetə xəyanət etdiyinə görə Harrini qorumayacaq. (Azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam