Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Krım körpüsü ilə əlaqəsi olanlara sanksiyalar tətbiq edilə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Qreqori Miks Krım körpüsünün tikintisi, təmiri və saxlanması ilə hər hansı şəkildə əlaqəsi olan bütün insanlara və şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Yenixeber.org: Bu barədə konqresmenin Konqresin müzakirəsinə təqdim etdiyi qanun layihəsində deyilir.

Qanun layihəsi martın 15-də Konqresə təqdim edilib, sonra ölkə Nümayəndələr Palatasının Məhkəmə-Hüquq Komitəsi və Xarici Əlaqələr Komitəsinə göndərilib.

Qanun layihəsi Nümayəndələr Palatasında və Senatda təsdiqlənsə, daha sonra ABŞ prezidenti tərəfindən imzalansa, qanuna çevriləcək.

Qeyd edək ki, keçən həftə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib ki, Krımın Rusiya Federasiyasına birləşdirilməsi ABŞ-ın bu ölkənin hərbi dəniz qüvvələrinin 6-cı (Aralıq dənizi) donanmasının gəmilərini regionda yerləşdirmək planlarına mane olub.(Lenta.ru)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam