Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu iki kənd artıq Azərbaycandadır -Paşinyan

 

Bakının tələb etdiyi iki kənd artıq Azərbaycanın nəzarətindədir.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.

O, müxalifətin Tavuş vilayətinin 4 kəndinin Azərbaycana verilməsi ilə bağlı iddialarını təkzib edərək, müzakirə olunan ərazilər arasında belə yaşayış məntəqələrinin olmadığını qeyd edib:

"Bu bölmə spesifikliyinə və delimitasiyasına görə ən çətinidir. Ermənistan hökuməti bu ərazidən delimitasiya prosesinə başlamağa hazırdır. Məsələ kəndlərin özlərinə deyil, onların qarşısındakı sərhədin müəyyənləşdirilməsinə aiddir.

Eyni zamanda, Qızıl Hacılı həm bu gün, həm dünən, həm də 20 il əvvəl Azərbaycanın nəzarəti altında idi. Ermənistan hökuməti istəsə belə, onu təslim edə bilməz, həmişə Bakının nəzarətində olub", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfdə Bağanis kəndi, Azərbaycanın isə Bağanis Ayrım kəndi var, bunlar ayrı-ayrı kəndlərdir.

Paşinyan əlavə edib ki, Aşağı Əskipara kəndi də Azərbaycanın nəzarətindədir və həmişə belə olub.

Paşinyan vurğulayıb ki, delimitasiya zamanı Voskepar (Əskipara) kəndinin təhlükəsizlik məsələləri müzakirə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam