Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kiyevə növbəti irimiqyaslı raket hücumunun nəticələri -FOTOLAR

 

44 günlük fasilədən sonra Ukraynanın paytaxtı Kiyev yenidən raket hücumuna məruz qalıb.

Yenixeber.org xəbər verir ki, bu ilin yanvarından ara verən fasilənin ardınca paytaxta Rusiya ordusu tərəfindən yenidən zərbələr endirilib.

Kiyev vilayətinin rayonları ilə yanaşı, paytaxtın mərkəzi Şevçenkovski rayonu da hava zərbələrinə məruz qalıb. Bu, son günlər Ukrayna ordusu tərəfindən Rusiya ərazisinə edilən hava hücumlarından sonra baş verib.

Kiyev hərbi administrasiyasının rəsmisi Mixail Şamanov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, Hərbi Hava Qüvvələrinin məlumatına görə, düşmən 11 “Tu-95MS” strateji bombardmançı təyyarəsindən 2 ballistik raket və 29 qanadlı raketlə hücuma keçib.

"Uğurlu əməliyyat nəticəsində düşmənin bütün raketləri Kiyev vilayəti və paytaxt üzərində vuruldu, lakin xəsarət alanlar və dağıntılar oldu. İlkin məlumatlara görə, raket hücumu nəticəsində 13 nəfər xəsarət alıb. Paytaxtın üç rayonunda - Podolski, Svyatoşinski və Şevçenkovskidə dağıntılar var", - deyə o əlavə edib.(Report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam