Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Blinken Netanyahu ilə görüşəcək -SABAH

Blinken Netanyahu ilə görüşməyi planlaşdırır

             ABŞ dövlət katibi Entoni Blinken sabah İsrailə səfər edəcək.

Yenixeber.org: Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Blinken İsrailin Baş naziri Benyamin Netanyahu və bu ölkənin hərbi kabinetinin üzvləri ilə görüşəcək.

Nəşr qeyd edir ki, Blinken Səudiyyə Ərəbistanı və Misirə səfər etdikdən sonra İsrailə gedəcək.

Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirmişdi ki, Blinken Yaxın Şərqə səfəri zamanı bütün girovların azad edilməsini və Qəzzaya humanitar yardımın həcminin artırılmasını müzakirə edəcək.

Qeyd olunub ki, Blinken Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.

“Kan” radiosunun məlumatına görə, İsrail təhlükəsizlik kabinetinin bu gün keçirilməsi planlaşdırılan iclası gələn həftənin əvvəlinə təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam