Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya Ukraynanın enerji obyektlərini vurdu -FOTO

Rusiya Ukraynanın enerji obyektlərinə hava zərbələri endirib - VİDEO
Martın 22-nə keçən gecə və bu gün səhər Rusiya hərbçiləri Ukraynanın enerji obyektlərinə, o cümlədən bir sıra vacib obyektlərə kütləvi hücum həyata keçirib.

Yenixeber.org: İlkin məlumata görə, zərbələr Xarkov, Vinnitsa, Sumı, Lvov, Zaporojye və Dnepropetrovsk vilayətlərindəki hədəflərə endirilib.

Zərbələrin daha çox pilotsuz uçuş aparatları, “İskəndər”, “Kinjal”, o cümlədən “X-101” raketlərindən istifadə edilməklə həyata keçirildiyi vurğulanır.

Xaqkova hava zərbələri endirildikdən sonra elektrik enerjisinin verilişinin kəsildiyi bildirilir.

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, bu, Ukraynanın enerji sektoruna son illərdə ən böyük hücumdur. Onun sözlərinə görə, hücumlar nəticəsində müxtəlif ərazilərdə generasiya qurğuları, elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri sıradan çıxıb. Ölkədə elektrik enerjisi və internetin verilişində fasilələr yaranıb.

Nazir hazırda energetiklərin elektrik enerjisinin bərpası üzərində işlədiklərini bildirib.

Bir sıra zərbələr nəticəsində Dnepr Su Elektrik Stansiyasına ciddi ziyan dəyib. Həmçinin, hərbi müxbirlərin verdiyi məlumata görə, Vinnitsa vilayətində Ladıjenskaya Dövlət Elektrik Stansiyası və Xarkov vilayətində Zmiyevskaya Dövlət Dairə Elektrik Stansiyası və vurulub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına zərbələr endirilib.

Hələlik rəsmi məlumat yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam