Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya FTX-nin rəhbəri ölkədə terror təhlükəsinin saxlandığını bildirib

rəhbəri ölkədə terror təhlükəsinin saxlandığını bildirib


“Crocus City Hall” konsert zalında terror aktını radikal islamçılar hazırlayıb, Qərb və Ukrayna xüsusi xidmət orqanları isə onlara kömək ediblər.

Yenixeber.org xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov söyləyib.

O deyib ki, terror aktını törədənlər Rusiyada vəziyyəti gərginləşdirmək, cəmiyyətdə təşviş yaramaq məqsədi güdüblər. Rusiya xüsusi xidmət orqanlarının dost ölkələrdən olan həmkarları ilə terror aktının bütün iştirakçılarının müəyyən edilməsi üzərində işlədiyini vurğulayan FTX rəhbəri hazırda Rusiyada terror təhlükəsinin saxlandığını da diqqətə çatdırıb.

Bortnikovun sözlərinə görə, Moskva vilayətində baş vermiş terror hadisəsini hazırlayanlar və onun iştirakçıları məlum olsa da, sifarişçilər hələlik aşkar edilməyib.

ABŞ-ın Moskvada terror aktı hazırlanması barədə xəbərdarlıq etməsinə aydınlıq gətirən FTX-nın direktoru deyib ki, belə bir xəbərdarlıq alınmışdı, lakin həmin məlumat ümumi xarakter daşıyırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam