Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibəyə start veriləcək.

Yenixeber.org xəbər verir ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 - 2.99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edəcəklər.

Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılacaq. Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınacaq.

Təkrar müsahibədə uğur qazanan namizədlər müvafiq vakant yerlərə təyin olunacaq və ya kadr ehtiyat siyahısına daxil ediləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam