Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

 

Hazırda İsveçdə həbsdə olan İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin oğlu Məcid Nuri İsveçdə saxlanılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi onun ailəsinə istinadən məlumat yayıb.

“Atamla görüşə gedən qardaşımdan saatlarla xəbərsiz olandan sonra bildik ki, Məcid İsveç polisi tərəfindən həbs olunub. Hadisənin təfərrüatını bilmirik”, - bacısı Atiyə Nuri deyib.

Məcid Nuri bundan əvvəl mediaya açıqlamasında atasına İsveç həbsxanasında işgəncə edildiyini iddia etmişdi.

Qeyd edək ki, Həmid Nuri 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbusun edamındakı roluna görə 2019-cu ilin noyabrında İsveçə səfəri zamanı həbs edilib. İsveç məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib və hazırda Stokholm həbsxanasında saxlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam