Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qəzzaya 2023-cü ilin oktyabrından bəri 250 min tondan çox ərzaq çatdırılıb

 

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağına azı 252,6 min ton ərzaq çatdırılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi (COGAT) məlumat yayıb.

Bildirilib ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına 363,7 min ton beynəlxalq humanitar yardım daşıyan azı 19 448 yük maşını daxil olub. Bunlardan 11 954 yük maşını 252,6 min ton ərzaq, 1 409 yük maşını 28,1 min ton su, 2 832 yük maşını 40,7 min ton müvəqqəti yerləşdirmə məntəqələrinin təşkili üçün avadanlıq, 1 705 yük maşını 19,8 min ton dərman, daha 1 539 yük maşını ilə 22,5 min tondan çox qarışıq yük daşınıb.

COGAT-ın məlumatına görə, ən çox yardım BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı və BMT-dən - Ümumdünya Ərzaq Proqramı və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam