Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Yeni Kaledoniya jurnalında İlham Əliyevin portreti- FOTO

 

Martın 30-da Yeni Kaledoniyada “La Voix du Caillou” jurnalında “Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir” adlı məqalə işıq üzü görüb.

Yenixeber.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin portreti olan şəkil jurnalın üz qabığında əsas xəbər kimi dərc olunub.

Məqalədə Azərbaycanın Yeni Kaledoniya xalqına dekolonizasiya işindəki haqlı mübarizəsinə verdiyi dəstək xatırlanır. Qeyd olunur ki, Yeni Kaledoniya xalqı Azərbaycanın Prezidenti və Azərbaycan xalqına öz təşəkkürünü ifadə etmək üçün Azərbaycanın Bayrağı və Dövlət başçımızın Dəmir Yumruq portretini qaldırır. Yeni Kaledoniya Parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie Line Sakilianın Fransa əleyhinə aksiyada çıxışı xüsusilə qeyd olunur.

Qeyd edək ki, M.L.Sakilia martın 21-də Yeni Kaledoniyanın mərkəzi meydanında keçirilən geniş etiraz aksiyasında Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupuna göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmək üçün video müraciət yaymışdı.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam