Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ukrayna Marqarita Simonyanı soyqırıma çağırışda ittiham edir

 

Ukraynanın Təhlükəsizlik Xidməti “Russia Today” telekanalının baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyana qarşı 4 maddə üzrə yeni qiyabi ittihamlar irəli sürüb.

Yenixeebr.org xəbər verir ki, Simonyan əsas olaraq soyqırıma çağırış, hərbi münaqişənin təbliğ edilməsində, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyata haqq qazandırmaqda ittiham edilir. 

Ukrayna Təhlükəsizlik Xidmətinin öz teleqram kanalında yaydığı məlumata görə, erməniəsilli jurnalist 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi öldürülməsinə ictimai şəkildə çağırış edib. 

Qeyd edək ki, 2022-ci ilin martında Ukrayna Marqarita Simonyana qarşı Ukraynanın sərhədlərinin dəyişdirilməsi və yaxud hakimiyyətin zorakılıq yolu ilə ələ keçirilməsi məqsədilə törədilən fəaliyyətlərin maliyyələşdirilməsi maddəsi ilə ittiham irəli sürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam