Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyada İLK: Məktəbli dövlətə xəyanət ittihamı ilə HƏBS OLUNDU

 

Rusiya Federasiyasının məhkəməsi dövlətə xəyanətdə ittiham olunan 18 yaşlı məktəblinin cəzasını təsdiqləyib.

Yenixeber.org: Ümumi yurisdiksiyanın 3-cü Apellyasiya Məhkəməsi RF Adıgeya Respublikasının paytaxtı Maykop sakini Kevin Likin dövlətə xəyanət işi üzrə çıxarılan hökmü qanuni sayıb.

2023-cü ilin dekabrında Adıgey Ali Məhkəməsi Liki 4 il həbs cəzasına məhkum edib. Bu, dövlətə xəyanətlə bağlı maddədə nəzərdə tutulan minimum müddətin üçdə biri qədərdir. Təqsirləndirilən şəxsin yaş həddi, yaşadığı və təhsil aldığı yer üzrə müsbət xüsusiyyətləri nəzərə alınaraq cəza yüngülləşdirilib.

Müstəntiqlərin fikrincə, Kevin Maykopdakı hərbi hissələrin fotolarını çəkib və kadrları “xarici dövlətin nümayəndəsinə” göndərib. Gəncin davranışı Rusiya Federasiyasının “siyasi kursu ilə razılaşmaması” ilə izah edilib.

Bu, Rusiya Federasiyasında məktəblinin dövlətə xəyanətdə mühakimə olunması ilə bağlı ilk hadisədir.(“Novaya qazeta”)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam