Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zurabişvili hakim partiyanı sərt tənqid etdi -"Xarici agent" qanununa görə...

 

Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinin yenidən müzakirəyə çıxarıldığını elan edən hakim partiyanı kəskin tənqid edib.

Yenixeber.org xəbər verir ki, Salome Zurabişvili “Gürcü arzusu”nun ölkənin Avropa yolunu sabotaj etdiyini bəyan edib.

O, qanun layihəsini “rus layihəsi” adlandırıb. Zurabişvili deyib ki, Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusunu əvvəlcədən alıb, lakin onun sözlərinə görə, indi hakim partiya üzvlük danışıqlarının başlanmasına mane olur:

"İndi hər şey aydındır: Partiya bütün cəbhələrdə Avropaya yox deməklə öz seçimini etdi".

Bundan əlavə, Zurabişvili parlament seçkilərinə “vahid Avropa bayrağı altında” getməyin zəruriliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam