Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İranda polis məntəqələrinə hücum -3 nəfər öldürüldü

 

İranın cənub-şərqindəki Sistan və Bəlucistan vilayətinin Rask və Çabahar şəhərlərində silahlı şəxs polis məntəqələrinə hücum ediblər.

Yenixeber.org yerli mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində üç polis əməkdaşı öldürülüb.

Vilayət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Alireza Marhamati deyib ki, Çabaharda hücum təxminən axşam saat 22 radələrində baş verib. Raskda isə silahlıların əraziyə daxil olmaq cəhdinin qarşısı alınıb.

Məlumata görə, silahlılar İran İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına daxil olmağı planlaşdırırıblar, lakin onların qarşısı alınıb.

Hücuma görə məsuliyyəti “Ceyş əl-Ədl” terror qruplaşması öz üzərinə götürüb. Sözügedən təşkilat əsasən İranın Əfqanıstan və Pakistanla sərhəddə yerləşən cənub-şərqində fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam