Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Azərbaycanlı iş adamlarına kömək etməyə hazırıq -Lvov rəhbəri

 

Generatorlar, transformatorlar və digər enerji avadanlıqları şəklində köməyə, müharibə nəticəsində zərər çəkmiş uşaqları reabilitasiya və istirahət üçün qəbul etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkür edirəm.

Yenixeber.org xəbər verir ki, bunu Lvov vilayəti hərbi administrasiyasının başçısı Maksim Kozitski Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüş zamanı bildirib.

“Azərbaycan biznesi tərəfdaşlıqda maraqlıdırsa, Lvov vilayəti dövlət administrasiyası bütün məsələlər üzrə kompleks dəstək verəcək. Genişmiqyaslı müharibə başlayandan bəri çətinlik çəkən insanlara qida və sığınacaqlarda kömək edən, hətta könüllülər mərkəzi yaradan fəal Azərbaycan icmasına ayrıca təşəkkür edirəm”, - deyə Maksim Kozitski əlavə edib.

Görüş zamanı səfir Seymur Mərdəliyev Lvov vilayətinin sənaye, enerji və nəqliyyat, logistika və turizm sahələrində əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb. O, bu istiqamətlərdə regionlararası əməkdaşlığı dərinləşdirilməyi təklif edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam