Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

 Yəməndə zenit-raket sistemi məhv edildi

ABŞ ordusu Yəmən ərazisinə növbəti zərbə endirərək zenit-raket kompleksini hədəfə alıb.

Yenixeber.org: Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"CENTCOM qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində yer-hava raket sistemini uğurla məhv edib", - komandanlığın “X” (əvvəlki tviter) səhifəsində yerləşdirilən məlumatda qeyd edilir.

Bundan əlavə, CENTCOM qüvvələri şənbə günü Qırmızı dəniz üzərində pilotsuz uçuş aparatını (PUA) vurub.

Qəzza zolağında qarşıdurmanın daha da şiddətlənməsindən sonra “Ənsar Allah” (Husi) hərəkatı Fələstin anklavında əməliyyat dayandırılana qədər İsrail ərazisinə hücumlar həyata keçirəcəkləri və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, ABŞ hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradılması və əməliyyata başladığını elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam