Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ramin Məmmədov kollektivə təqdim edildi -FOTOLAR

 

Aprelin 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2024-cü il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Ramin Məmmədovu kollektivə təqdim edib.

Yenixeber.org xəbər verir ki, Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, dövlət-din münasibətləri hər zaman prioritet sahə kimi Prezident cənab İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu istiqamətə xüsusi qayğı göstərilir. Son illər dini sahədə həyata keçirilən islahatların önəmini vurğulayan Fərəh Əliyeva Dövlət Komitəsinin qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyələri diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Prezident cənab İlham Əliyevin dövlət-din münasibətləri sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam