Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qarabağ Universiteti üçün vakant yerlər -AÇILACAQ

“Qarabağ Universiteti ilə bağlı proseslər davam edir. Artıq proqram rəhbərləri seçilib, bu həftə ərzində işə qəbul olunacaqlar”.

Yenixeber.org xəbər verir ki, bu fikirləri açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universiteti ilə bağlı müxtəlif proqramların məzmunu, tədris planı hazırlanır: “Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılıb, artıq qəbul planı tam hazırdır. Universitetdə 6 fakültədə 10-dan artıq ixtisas üzrə tədris aparılacaq. İnfrastruktur istiqamətində də işlər davam edir”.

Nazir Qarabağ Universitetində əlavə vakant yerlərin açılacağını da diqqətə çatdırıb: “Həmin ərazilərə köçürüləcək insanlar üçün texniki vakant yerlər, bütün ölkə üçün isə akademik vakant yerlər açılacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 11-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərindəki ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.(AZƏRTAC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam