Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

“İsrailin bütün nüvə obyektlərinin yerini bilirik”

 

“İran İsrailin bütün nüvə obyektlərinin olduğu yer haqqında məlumata sahibdir”.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı İranın Nüvə Mərkəzlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandanı, briqada generalı Əhməd Haq Tala açıqlayıb. 

Onun sözlərinə görə, İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə qərar verərsə, bunun ardınca İran tərəfindən analoji zərbə endiriləcək. 

Tala, həmçinin qeyd edib ki, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin istənilən hücumuna hazırdırlar. 

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran 300-dən çox pilotsuz uçuş aparatı, qanadlı və ballistik raketlərlə İsrail ərazisinə zərbə endirib. İsrail ordusu İranın atdığı raket və PUA-ların 99 faizini zərərsizləşdirdiyini açıqlayıb. İran sözügedən hücumu aprelin 1-i İsrailin Dəməşqdə İran konsulluğuna zərbə endirməsinə cavab olaraq həyata keçirib. Həmin hücum zamanı 2 iranlı general, eləcə də SEPAH-ın 5 zabiti dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam