Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ermənistan Prezidenti sərhədlərin delimitasiyasından danışdı:Bu, regionda gələcək və davamlı sülhə yönəlib

bu-regionda-gelecek-ve-davamli-sulhe-yonelib

“Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda gələcək və davamlı sülhə yönəlib”.

Yenixeber.org: Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yerli televiziyaya müsahibəsində deyib.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesindən danışan Xaçaturyan qeyd edib ki, Tavuşda, Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib.

“Nəhayət, anlamalıyıq ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq”, - deyə prezident bildirib. 

Xaçaturyanın sözlərinə görə, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam