Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

İrəvanda polis 150-dən çox etirazçını saxlayıb -YENİLƏNİB-3

Ermənistanın paytaxtı İrəvanda polis 151 etirazçını saxlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.

10:50

Ermənistanın paytaxtı İrəvanda 134-dən artıq etirazçı polis bölmələrinə aparılıb.

Qeyd edilib ki, həmin vətəndaşlar dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar.

10:34

İrəvanda 88 etirazçı polis tərəfindən saxlanılıb.

Bu barədə Ermənistan KİV-ləri ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hazırda paytaxtda bağlı olan küçə yoxdur.

09:29

Səhər saatlarından etibarən müxalifət tərəfdarları “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvan küçələrini bağlamağa başlayıblar.

Bildirilib ki, insanlar skamyalar və zibil qutuları ilə küçələri bağlayır. Aksiyaların keçirildiyi yerə polislər gəlir, saxlanılanlar var.

Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gələndən sonra aprelin 20-dən başlayaraq N.Paşinyana qarşı etiraz aksiyaları keçirilir.(Sputnik-Armenia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam