Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Prezidentin helikopterini özümüz tapmışıq -İran rəsmiləri

 

İran hökuməti prezident İbrahim Rəisinin qəzaya uğramış helikopterinin qalıqlarının axtarışı prosesində əcnəbilərin iştirakını təkzib edib.

Yenixeber.org xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kollivand bəyan edib ki, Tehranın helikopterin tapılmasında xaricdən kömək istəməsi xəbərləri şayiədir.

O əlavə edib ki, helikopterin qalıqlarının axtarışı prosesi tamamilə İranın xilasetmə qrupları tərəfindən həyata keçirilib.

Qeyd edək ki, İran İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan Telegram kanalları da buna oxşar açıqlama yayıb.

Həmin açıqlamada SEPAH-a istinadən bildirilib ki, helikopterin qəzaya uğradığı yer Türkiyəyə məxsus "Akıncı"  PUA-sı deyil, İran helikopteri tərəfindən müəyyən edilib.

Daha əvvəl Türkiyə və dünya mediasında İran prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin "Akıncı" PUA-sının tapması haqqında materiallar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam