Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Putin Rəisinin dəfninə görə İrana gedəcək -İDDİA

 

Rusiya prezidenti Vladimir Putinin İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana gedəcəyi barədə məlumat yayılıb.

Yenixeber.org xəbər verir ki, “Globe Eye News” çərşənbə axşamı özünün X hesabında yazıb ki, Putin ciddi təhlükəsizlik tədbirlərinin müşayiəti ilə İrana səfər edəcək.

"O, İran prezidenti Rəisinin dəfn mərasimində iştirak edəcək", - mənbə əlavə edib.

Bazar ertəsi Vladimir Putin İran prezidenti Rəisinin ölümü ilə bağlı İrana başsağlığı verib və onu Rusiyanın dostu adlandırıb.

Qeyd edək ki, bu gün – mayın 21-də Təbrizdə helikopter qəzasında həlak olmuş İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə vida mərasimi keçirilir.
Təbrizdən sonra həlak olanların cənazələri paytaxt məscidində ümumi cənazə namazı üçün Tehrana göndəriləcək.

İbrahim Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar olublar.

Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə 8 nəfər həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam