Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Nəşi 30 il sonra tapılan şəhidimiz dəfn olundu

 

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Arif Ələkbər oğlu İmaməliyevdir.

Yenixeber.org xəbər verir ki, mayın 21-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yeni Suraxanı rayonundakı Şəhidlər xiyabanına gətirilib.

Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, Arif İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü il fevralın 15-də Kəlbəcər rayonundakı Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam