Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Azərbaycanlıları Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm -Lukaşenko

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezdenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Yenixeber.org-un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəniz əsas bayramını Sizin müstəqil, suveren dövlət quruculuğu kursunuz sayəsində əldə olunmuş yüksək iqtisadi inkişaf nəticələri və beynəlxalq arenada uğurlarla qarşılayır.

Bu yaxınlarda dost Azərbaycana səfərimi səmimiyyətlə xatırlayıram. Səfər zamanı bizim üçün mühüm olan məsələlərin geniş spektrini etimada əsaslanan və konstruktiv məcrada müzakirə etdik.

Geniş məzmunlu danışıqların yekunları strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi, Minsk ilə Bakı arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını nümayiş etdirdi.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, səadət və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam